Dünyanın ən balaca boylu insanı vəfat edib
18.01.2020

Dünyada ən balaca boylu insan kimi Ginnesin “Rekordlar” kitabına düşən Haqendra Tapa Maqar 28 yaşında dünyasını dəyişib.

Visiontv.az`ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ginnesin “Rekordlar” kitabının saytında məlumat yayılıb.

Məlumata görə, son zamanlar Haqendranın ürəyində problemlər yaranıb. Bundan başqa, o, astma və pnevmoniya xəstəliklərindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Haqendra Tapa Maqarın boyu 67,08 santimetr idi.