Duma Mişustinin Baş nazir postuna namizədliyini müzakirə edir
10.05.2024

Rusiyanın Dövlət Duması Mixail Mişustinin Baş nazir vəzifəsinə namizədliyini müzakirə edir.

Əvvəlcə Dumanın sədri Vyaçeslav Volodin deputatlara onun barədə barədə məlumat verib. 

Sədr bildirib ki, indiyədək müxtəlif vəzifələrdə çalışan 58 yaşlı M.Mişustin hökumətə 2020-ci il, yanvarın 15-dən rəhbərlik edir.

İclasda ayrı-ayrı fraksiyaların rəhbərlərinin çıxışı da gözlənilir.

Səsvermədən əvvəl isə bu posta yenidən namizəd olan Mixail Mişustin parlamentarilərin suallarını cavablandıracaq.

visiontv.az