“Döz mənim gözəlim döz”
Bu sözlər məhşur rus mahnısından alınmadır.
Putinin bu ifadə ilə Ukraynaya ehyam etməsi gündəmə bomba kimi düşmüşdü.
Əslində Putin bu sözləri sadəcə Ukrayna üçün deməmişdi. Bütün eks Sovet məkanında olan müstəqil dövlətlərə ismarıc yollamışdı, “GƏLİRİK”.
Rusiya imperiyalizminin düşüncə tərzini anlamaq üçün tarixinə müraciət etmək lazımdır. Rusiya tarixçiləri hər nə qədər öz tarixini böyütsə də, güclü rus silahından danışsa da gercək rus tarixi və rus şifahi xalq ədəbiyyatı fərqli həqiqətləri üzə çıxarmaqdadır.
Rusiyanın tarixinə və təfəkkürünə ən çox təsir edən faktor Orda faktorudur. Sadəcə Qızıl Orda dövləti deyil. Tarixən Qıpçaq çöllərində yaranmış və bütün Rusiyaya hökm etmiş türk dövlətləri daxildir bu anlayışa. Rusiya Ordanın bir hissəsi “ulusu” olmuşdur. Rusya tarixən “Moskva Ulusu” olaraq bilinməkdədir.
Rusiya və Orda bir-birnə elə kilitlənmişdi ki, günümüzdə belə onları ayrı düşünmək çətindi. Xeyli sayda türk hələdə Rusiya daxilində yaşamaqdadır.
Ordada səlahiyyətlər çox dəqiq bölünmüşdü. Ruslar ölkənin əkinçiləri, Türklər isə hərbi-siyasi elitası idi.
Rusiyanın siyasi elitası, hətta çarları belə Orda əsilli idilər. Ziyalı və əsilzadələrinin böyük hissəsi Ordadan qopmadır. Bunu onların soy adlarından görmək olar .
İvan Qroznı zamanında rusların hakim durumuna gəlməyi və türklərin əsarətə düşməyi ilə tarixi balans pozuldu. Amma özünü Ordadan ayrı düşünə bilməyən Rusiya, yenədə ordusunda türklərə çox böyük yer ayırdı. Müasir Rusiyanın imperiyalist tarixi bunu gizlətməyə çalışsa da, məhz Napoleonla olan müharibələrdə yüz minlərlə kazax süvarisinin 1-ci Aleksandrın Kazax xanlığından xahişi ilə Napoleno qarşı savaşdığı və fransız ordularını Rusiya ərazisindən qovduğu məlumdur. Hətta, Fransız mənbələrində Parisə ilk girən rus ordu hissələrini qarşılamağa çıxan parislilər ordunu gördüyü zaman onları monqollar zəng etmiş və qaçıb gizlənmişlərdir.
Bu gün dünyadan təcrid edilən Rusiya, iqtisadi və siyasi dəstək baxımından Uzaq Şərq və Çinə üz tutmağa çalışır. Çinin Avropa ilə olan ticari əlaqələri Rusya ilə ticarətindən dəfələrlə çoxdur. Rusyanı dəstəklədiyi təqdirdə sanksiyalara məruz qalacağından çəkinən Çin, Rusiyanın ümidlərini doğrultmadı. Uzaq şərqin digər ölkələrindən heç danışmağa dəyməz.
Rusya üçün qalır ən yaxın qonşuları olan Post Sovet məkanı yəni keçmiş Orda.
Kimdir günümüzün Ordası? Türkiyə, Azərbaycan və Orta Asiya.
Bir müddət Ordasız qalan Rusiya bacarıqsız idarəçiləri sayəsində uçuruma yuvarlandı.
30 il ərzində ölkə iqtisadiyyatını yüksəltmək, qonşularla hədə-qorxuya əsaslanmayan münasibətlər qurmaq yerinə, ölkəni talamaqla məşğul olan iddialı məmurlar ordusu ölkəni sonunda bataqlığa soxdular .
Tarix boyu Ordanın dəstəyini almayan Rusiya gücsüz və zəif olmuşdur.
Yenə nicatını Ordada axtaracaqdır.
Günümüzdə aktual olan Türk birliyi və Rusiyanın bu birliyə maraq göstərməsi bizim ehtimalımızı doğrulayır. Amma bu dəfəsində biz onlardan yox onlar bizdən asılı olacaqdır.
Rusiya Ordanın idarəsində ikən və ya ən azından Orda ilə harmoniyada olduğu zamanlar inkişaf etmişdir. Rusiyanın taleyi əsrlər boyu olduğu kimi yenə bizim əlimizdədir .
Döz mənim gözəlim döz...
Siyasi şərhçi Müşfiq Məmmədov
Visiontv.az