Dövlət xəstəxanası əxlaqsızlıq yuvası çıxdı - Ölkədə qalmaqal - FOTO
18.12.2019

Dövlət xəstəxanasının köhnə binası tüfeyli həyat tərzi sürənlər üçün sığınacağa çevrilib.

VisionTV.az Milli.Az-a istinadən  haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Isparta vilayətində yerləşən dövlət xəstəxanası yeni binaya köçürüldükdən sonra köhnə bina əxlaqsızlar və narkotik maddə istifadəçilərinin məkanına çevrilib.

Məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət edən şəxslər bildirib ki, xəstəxananın köhnə binası hazırda əxlaqsızlıq yuvası kimi istifadə olunur. Hətta, bəzi otaqlarda cinsi əlaqədə olmaq üçün çarpayılar da qoyulub.

Qeyd edək ki, binanın 100 metr yaxınlığında məktəb var.