Dilimiz yazımızı Lenincə, sovetcə yazır-İdris Heydərli yazır
30.05.2020

Biz yazını bilmirik, Biz yazını görmürük, Biz yazını anlamırıq, Yazısı olmaynın dərdi yazıdır. İlk olaraq yazını bilmək nədir?

Yazı kitabdır, yazını bilmək kitabı tanımaqdır,
Kitabı tanımaq kitablar yazmaqdır ki, həyat yazı olsun,
Kitabsız yazı yoxdur,
Qayada,daşda olanlar yazı deyil, şəkildir, yazı şəklin qənimidir,
Yazı olmasaydı insanlar şəkilə sitayiş edərdilər.
Bizim son kitab anlayışımız Lenin, Stalin, Marksla yazılıb,
Bizim yazımız Leninin kitabları ilə uyğunlaşdırıb və yazı dilinə dönüb,
Dilimiz yazımızı Lenincə, sovetcə yazır.
İkinci dərd bu yazı ilə başlayır,
Yazını görmürük.
Yazı gözlə deyil, nəzərlə görülər,
Bu görmə ağlın görməsidir,
Ağlın yazısı məntiqidir,
Bu məntiqi özümüzün edə bilmədiyimizdən yazını görmürük,
Oxuyuruq, keçirik, içinə girə bilmirik.
Bu da yazını anlamağa maniə olur,
Rəsmi dilimizin bu dərdini ölkə rəhbərliyinin adından paylaşılan mətnlərdə tez tez rastlaşıram,
Kim yazır,
Hansı ağılla yazır, mənim üçün ciddi sual idi,
Cavablarımı tezis kimi yazdım,
Yazı məktub olsun, təbrik olsun, çıxış olsun,
Mətndir.
Bu mətn isə öz məntiqini tanıdar,
Cümlə mətnin canıdır,
Cümləmiz ölüdür, cansızdır,
Sovetcədir.
Azərbaycanın yeni Cümləyə ehtiyacı var,
Bu qədər.

Visiontv.az