"Crocus City Hall" terrorunun dörd iştirakçısına ömürlük həbs cəzası verildi
12.03.2026

Moskvada "Crocus City Hall" mərkəzində törədilmiş terror hadisəsində iştirak edən dörd nəfərə - Şəmsiddin Fəriduni, Dalerdjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Səidəkrəm Rəcəbalizodaya hökm oxunub.

Visiontv.az-ın  verdiyi məlumata görə, bu barədə TASS agentliyi xəbər yayıb.

Məhkəmə yuxarıda adları qeyd olunan şəxsləri təqsirkar hesab edib və onların hər birinə ömürlük həbs cəzası təyin olunub.

visiontv.az