"Çin Rusiyaya müharibə üçün zəruri texnologiyalar tədarük edir"
05.02.2023

Çin beynəlxalq sanksiyalar və ixraca nəzarət fonunda Rusiyaya Ukraynada müharibəni davam etdirmək üçün zəruri texnologiyalar tədarük edir.

Visiontv.az xəbər verir ki, bu barədə bu gün “The Wall Street Journal” Rusiya gömrüyünün sənədlərinin analizinə istinadən məlumat yayıb.

Qərbin Rusiyaya qarşı iqtisadi təzyiq kampaniyasına başlamasından sonra Çindən Rusiyaya 84 min tədarük araşdırılıb. Sənədlər göstərir ki, Çinin dövlət şirkətləri Moskvaya naviqasiya, radiosiqnal avadanlıqları, o cümlədən qırıcı təyyarələr üçün detallar tədarük edib. Bu malları Rusiyanın müdafiə sənayesi şirkətləri alıblar. Söhbət ikili təyinatlı mallardan gedir.

Məsələn, Çinin “Poly Technologies” texnologiya şirkəti 31 avqust 2022-ci ildə Rusiyanın "Rosoboroeksport" şirkətinə “M-17” vertolyotları üçün naviqasiya avadanlıqları göndərib.

APA