Cevdet Yılmazın İrəvan keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakı doğru qərardır
04.05.2026

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın mayın 4-də İrəvan şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirakı doğru qərardır.

Türkiyə Avropa Siyasi Birliyinin bütün toplantılarında təmsil olunub. Türkiyənin İrəvandakı toplantıda iştirakı Ankaranın Cənubi Qafqazda sülh quruculuğuna verdiyi dəstəyin göstəricisidir. Bütün hallarda Ankara Ermənistan siyasətini Bakı ilə koordinasiya edir. Ermənistan bu toplantıya qədər Konstitusiyada dəyişiklik edib sülh müqaviləsinin imzalanmasının yolunu açsaydı, Azərbaycan və Türkiyə İrəvandakı tədbirdə Prezident səviyyəsində təmsil oluna bilərdilər. Ancaq Türkiyə ilə yanaşı Azərbaycanın da İrəvandakı toplantıda hansısa səviyyədə iştirakı mümkündür. Gələn il eyni tədbir Bakıda keçiriləcək. Ümid edək ki, həmin tədbirə qədər iki ölkə arasında sülh sazişi imzalanacaq və qarşılıqlı rəsmi səfərlər adiləşəcək.

Elxan Şahinoğlu

visiontv.az