Casusluq və təxribat planı: SEPAH-ın beynəlxalq şəbəkəsi çökdürüldü
01.05.2026

"Iran International" xəbər verir ki, SEPAH-ın İsrail və ABŞ hədəflərinə qarşı hücumlar təşkil etməyə çalışan casusluq və sui-qəsd şəbəkəsinin üzvləri müəyyən edilərək zərərsizləşdirilib.

Məlumata görə, şəbəkəyə İranın Əl-Mustafa Universiteti ilə əlaqəli beynəlxalq axtarışda olan bir ruhani də daxil olub. İddialara əsasən, bu təhsil ocağı SEPAH-ın xarici qanadı üçün kadr cəlb edilməsi və İran ideologiyasının xaricdə yayılması baxımından mühüm rol oynayır.

Bildirilir ki, SEPAH-ın İsrailə qarşı casusluq, təxribat və sui-qəsd planı vaxtında aşkar edilərək qarşısı alınıb.

Əməliyyatlar SEPAH-ın gizli sui-qəsd bölməsinin zabiti olduğu iddia edilən Əlirza Məhəmmədi tərəfindən idarə olunub. Onun “Meqdad Həsəni” təxəllüsü ilə fəaliyyət göstərdiyi qeyd edilir.

Məhəmmədinin əsas missiyası İsraildə və dünyanın müxtəlif bölgələrində yerləşən ABŞ hərbi bazaları haqda məlumat toplamaq, hədəfləri izləmək və casus şəbəkəsi qurmaq olub.

visiontv.az