"Bu yaxınlarda Qubadlı və Zəngilanda yeni kütləvi məzarlıq aşkarlanıb"
18.09.2023

“Bu gün azad edilmiş bir çox ərazilərdə kütləvi məzarlıqlar aşkar edilir. Bunların bəzisi ictimaiyyətə açıqlanıb, bəzisi yox. Bu yaxınlarda Qubadlı və Zəngilanda da yeni kütləvi məzarlıq aşkarlanıb. Amma mən hələ orada olan meyit qalıqlarının sayı ilə bağlı rəqəm açıqlaya bilməyəcəyəm”.

Visiontv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.

Hərbi prokuror bildirib ki, sümük qalıqları aşkar olunduqdan sonra müəyyən qayda çərçivəsində qablaşdırılır: “Yeni aşkarlanan meyit qalıqları ilə bağlı say deyə bilmirəm. Yəni bəzi hallarda bizi maraqlandırmayan meyit qalıqları da aşkarlanır. Buna görə yeni tapılan meyit qalıqları ekspertiza olunmalıdır”.