Bu gün Səudiyyə Ərəbistanı quruluş tarixini dəyişir
Bu gün Səudiyyə Ərəbistanı quruluş tarixini dəyişir
22.02.2022 Kənan Rövşənoğlu Tərəfindən

Bu günə qədər Krallığın yaranması 1932-ci ildən hesablanırdı, müstəqil dövlətin elan olunması tarixindən.

Bu gündən isə Səudiyyə Ərəbistanı krallığının yaranması 1727-ci ildən hesablanacaq.

1727-ci ildə bugünkü kral sülaləsinin banisi Məhəmməd ibn Səud Ərəbistanın cənubunda Nəcd vilayətinin Diriyyə şəhərində hakimiyyəti ələ keçirib. Daha sonra öz hakimiyyətlərini Ərəbistanın ərazisində genişləndiriblər. Sayca 3 Ali Səud hakimiyyəti olub. Sonuncu, yəni hazırkı hakimiyyət 1902-ci ildə hazırkı sülalənin qurucusu Əbdüləziz ibn Səud tərəfindən yaradılıb.
Bu gün həm də dövlətin bayrağı da dəyişəcək. Və beləliklə Səudiyyə Ərəbistanı krallığı bu il 90 illiyini deyil, 295 illiyini qeyd edəcək.

Kənan Rövşənoğlu

Visiontv.az