Bu gün ermənilər qondarma “soyqırımı” yox, Qazaxın azad edilən 4 kəndini müzakirə edir
24.04.2024

Bu gün ermənilər ildönümünü qeyd etdikləri qondarma “soyqırımı” yox, Qazaxın işğal altında qalan 8 kəndindən dördünün azad edilməsini müzakirə edir. Və bu, son 4 ildə Ermənistanın simvolik günlərində Azərbaycanın qələbəsi ilə üzləşdiyi növbəti hadisədir.

- Kəlbəcərin azad edildiyi 25 noybrda ermənilərin qəhrəman hesab etdikləri terrorçu Monte Melkonyanın doğum gününü qeyd edirlər;

- 12 may təqvimini ermənilər I Qarabağ müharibəsində Azərbayanın “məğlubiyyət günü” (1994-cü ilin 12 mayında Bişkek protokolu imzalanıb) kimi qəbul edir: 2021-ci ilin 12 mayında Azərbaycan ordusu Qaragölün bir hissəsini nəzarətə götürdü;

- 2023-cü il 20 sentyabr əməliyyatı ilə Qarabağda erməni separatizmi ləğv olundu, bir gün sonra – 21 sentyabrda ermənilər bölgədən çıxmağa başladı: 21 sentyabr Ermənistanın müstəqillik günüdür;

- 24 aprel qondarma “erməni soyqırımı”nın ildönümündə Qazaxın kəndləri Azərbaycana təhvil verilir;

Asif Nərimanlı

visiontv.az