Azərbaycan dili hazırda Dağıstan konstitusiyasına görə Respublikanın rəsmi dillərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasından kənarda Azərbaycan dilinin rəsmi statusa malik olduğu tək ölkədi.
Tatar-monqol hücumu Dağıstanın tarixində xüsusi bir dövrü əhatə edir. Belə ki, 1220–22-ci illərdə Cəbə və Subutayın başçılıq etdiyi 20 minlik ordu Şimali Qafqaz, Transqafqaziya və Dağıstana doğru hücuma keçmiş və dağlıların mübarizəsini zəiflədə bilib. Bunun ardınca gələn illəri (1227, 1239–40) dağıstanlılar monqol hücumlarına qarşı çıxmaqla keçirmişdir. Baş verən döyüşlər iqtisadiyyata zərər vurmuş, inkişafı ləngidib. XIV əsrdə Orta Asiyada böyük bir dövlət quran Teymurləng Çingiz xanın həyata keçirə bilmədiyi "dünya imperiyası" ideyası üçün hərəkətə keçib. O, 1395-ci ildə Azərbaycan və Dərbənd keçidi yolu ilə Dağıstan torpaqlarına girib. Teymurun qəddarca törətdiyi qətliamlar xalq üçün fəlakətə çevrilsə də, dağlılar ona boyun əyməyib.
XVI əsrdə Dağıstan ərazisi yeni müharibə üçün məskən oldu. Osmanlı və Səfəvi İmperatorluqları Dağıstana sahib ola bilmək üçün mübarizəyə başladılar. Bu Dağıstanda yaşayan xalqların ölümünə, qula çevrilmələrinə və başqa fəlakətlərə səbəb olub, lakin 1582-ci ildə Lak, Avar və darginlərdən ibarət birləşmiş qüvvələr Osmanlı yeniçərilərini məğlubiyyətə uğradıb. Bunun ardınca dağlıların uzunmüddətli mübarizəsi başlayıb. Ən uğurlu döyüşləri isə Nadir şahla olub.
Səfəvi şahı Nadirin Dağlar ölkəsini ələ keçirmək üçün planladığı iki döyüşün ikisi də müvəffəqiyyətsizliyə uğrayıb. Dağlıların birləşmiş qüvvələri səfəviləri əvvəlcə 1738-ci ildə Canikdə, ardınca 1741-ci ildə Dağıstanda məğlub edib. Bundan sonra 1742 və 1743-cü illərdə səfəvilərin planlaşdırdıqları bütün hücumlar məğlubiyyətlə nəticələnib. Nəhayət, dağlılara qarşı döyüşü qazanma ümidini itirən Nadir şah 1743-cü ildə ordularını geri çəkib.
Ərazisində 32 xalq yaşayır. O cümlədən Dərbənd şəhərində 100.000 nəfərdən artıq azərbaycanlı yaşayır. Rusların ümumi əhaliyə nisbəti 4%-ə düşmüşdür. Bu azalmaya qarşılıq əhali artım sürətinin sürməsindəki ən əhəmiyyətli səbəb, 1990-cı illərin başından bəri köhnə Sovet ərazilərindəki digər respublikalara vaxtilə əksəriyyəti iqtisadi səbəblərdən köçmüş olan dağıstanlıların yenidən öz ölkələrinə geri dönmələridir. Müxtəlif tarixi hadisələr səbəbiylə, minlərlə dağıstanlı Yaxın Şərq ölkələrinə -Türkiyə, Suriya, İordaniya, İraq, Misir, Səudiyyə Ərəbistanına - köç edib. Amerika, Avropa və digər bəzi ölkələrdə də Dağıstan diasporu var.
Bünyamin Bünyadzadə
Visiontv.az