“Böyük ehtimalla, bu, dəhşətli bir hücum idi”-Donald Tramp
05.08.2020

ABŞ prezidenti Donald Tramp Livandakı partlayışı “hücum” adlandırıb, hərçənd ki, partlayışın səbəbinin əsas versiyası terror aktı deyil, Beyrut limanındakı partlayıcı maddələrin təsadüfi alışması hesab edilir.

Visiontv.az RİA Novosti-yə istinadən xəbər verir.

“Böyük ehtimalla, bu, dəhşətli bir hücum idi”, - deyə Tramp mətbuat konfransında deyib.

ABŞ prezidenti Beyrutdakı böyük partlayış nəticəsində bir çox insanın həlak olduğunu, yüzlərlə adamın yaralandığını qeyd edərək, qurbanlar üçün dua etdiklərini, ABŞ-ın Livana yardım etməyə hazır olduğunu dilə gətirib.