“Bölgəmizdə heç bir terror təşkilatının mövcudluğuna və fəaliyyətinə icazə verilməyəcək”
“Bölgəmizdə heç bir terror təşkilatının mövcudluğuna və fəaliyyətinə icazə verilməyəcək”
02.12.2022 MEDİA Tərəfindən

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) bəyanatında Türkiyənin cənub sərhədlərində həyata keçirilən əməliyyatların yeganə hədəfinin terror təşkilatları olduğu bildirilib və bölgədə hər hansı bir terror təşkilatının mövcudluğu və fəaliyyətinin icazə verilməyəcəyi vurğulanıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilən MTŞ toplantısından sonra yekun bəyanat yayımlanıb.

Bəyanatda, iclasda PKK/KCK, PYD/YPG, FETO və İŞİD başda olmaqla milli birlik və həmrəyliyə qarşı hər cür təhdid və təhlükəyə qarşı ölkə daxilində və xaricdə əzm, qətiyyət və müvəffəqiyyətlə həyata keçirilən əməliyyatlar barədə İdarə Heyətinə məlumatların təqdim edildiyi və əlavə tədbirlərin müzakirə edildiyi bildirilib.

Bəyanatda, Türkiyənin cənub sərhədlərində həyata keçirilən əməliyyatların yeganə hədəfinin terror təşkilatları olduğu vurğulanıb. 

İlahə Əliyeva