BNA qarlı hava ilə bağlı məlumat yaydı - FOTOLENT
21.01.2021

Qarlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh yolunun Əmircan döngəsindən Bakı Olimpiya  Stadionunadək olan hissəsində sürət həddi 40 km/saat, qalan hissələrdə, eləcə də Zığ-Hava limanı yolunda 20 km/saat həddində endirilib.

Visiontv.az BNA-ya istinadla bildirir ki, səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Koroğlu Nəqliyyat Mübadilə Məkrəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənib.

"Bir daha hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", deyə BNA-dan bildirilib.