BMT Baş Assambleyasının Prezidenti Azərbaycana səfər edəcək
19.10.2019

BMT Baş Assambleyasının Prezidenti Tijani Məhəmməd-Bande oktyabrın 22-də Bakıda rəsmi səfərdə olacaq.

BMT Baş Assambleyasının Prezidenti Tijani Məhəmməd-Bande oktyabrın 22-də Bakıda rəsmi səfərdə olacaq.

Visiontv.az xəbər verir ki, bu barədə APA-ya Assambleya Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər Qoşulmama Hərəkatının (NAM) Dövlət və Hökumət Başçılarının Bakı Sammiti çərçivəsində baş tutacaq. 

Tijani Məhəmməd-Bande səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər ali hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

Tijani Məhəmməd-Bandenin NAM sammiti çərçivəsində iqlim dəyişikliyi, yoxsulluq, dünyada sülh və təhlükəsizlik kimi böhran həddində olan problemlərin həll edilməsində çoxtərəfli və beynəlxalq əməkdaşlığın önəmini vurğulayacağı bildirilib.