Bizim sevgi, alqış və dualarımız cənab Ali Baş Komandana ana südü qədər halaldır - deputat Sahib Alıyev
Bizim sevgi, alqış və dualarımız cənab Ali Baş Komandana ana südü qədər halaldır - deputat Sahib Alıyev
24.12.2020 Sahib Alıyev Tərəfindən

Azərbaycan Prezidenti özünün doğum günlərində indiyədək ilk növbədə xalqın həssas təbəqəsinin təmsilçilərini sevindirməyə çalışıb. Onun ad günləri daha çox keçmiş köçkünlərimizin yeni mənzil və evlərlə təmin olunması, cənab İlham Əliyevin də həmən gün ora köçən ailələrə baş çəkməsi, onlara ürək-dirək verməsi, işğal altındakı torpaqlarımızın mütləq azad ediləcəyi haqda dediklərilə yadımızda qalıb.

Buyurun, müzəffər  Ali Baş Komandanımız  doğum günü ərəfəsində bu dəfə keçmiş köçkünlər üçün salınmış qəsəbədə yox, didərgin düşdükləri torpaqlarımızda, onun rəhbərliyi altında Azərbaycan dövlətinin, Azərbaycan Silahlı Qüvvələrinin azad etdiyi yurd yerlərimizdə idi!

Bundan öncəki doğum günlərində o, yüzlərlə, minlərə adama sevinc bəxş edən addımlar atır, onların duasını qazanırdısa, bu dəfə Arazın o tayında- İran İslam Respublikasında yaşayan soydaşlarımızın  düşmənin torpaqlarımızdan vurulub çıxarılmasını necə çılğınlıqla qarşıladıqları mənzərəni də göz önünə gətirib deyə bilərik ki, bütün azərbaycanlıların- 50 milyonun sevgi, fərəh qürur dolu  alqış və duasını qazandı.

Cənab Ərdoğanın təbirincə desək, Qarabağ azərbaycanlılara ana südü qədər halal olduğu kimi, bizim də sevgi, alqış və dualarımız cənab Ali Baş Komandana və onun ilk növbədə ən sədaqətli silahdaşı Birinci vitse-prezidentimiz Mehriban xanın Əliyevaya ana südü qədər halaldır!

Visiontv.az