Bunu İranın daxili işlər naziri İsgəndər Mömeni deyib.
"Son bir neçə ay ərzində 800 min əfqanistanlı ölkədən gedib və qalan 2 milyon qanunsuz miqrantda ölkəni tərk etməlidir",- o əlavə edib.
İranda 6 milyon əfqanistanlı qaçqının olduğunu iddia edən nazir, qanuni icazəsi olmayanların İrandan çıxarıldıqlarını bildirib.
Qeyd edək ki, cari ildə 1 milyon 200 min əfqanistanlı qaçqın İrandan qovulub, İran-İsrail qarşıdurmasından sonra isə onların deportasiyası dahada sürətlənib.
visiontv.az