31.05.2020
Axtar
Region
alt

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə Gəncə də qoşuldu - FOTOLENT

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Gəncə də qoşulub.

Visiontv.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, habelə Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev Məzkəzi Qan Bankının Gəncə Regional bölməsinə gələrək qan veriblər. Aksiyada yerli icra strukturları ilə yanaşı, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları da iştirak ediblər. Həkim hematoloqlar tərfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyənləşdirlib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb.

 

Binnət İsmayılov - GƏNCƏ

Şərh