21.05.2019
Axtar
Gündəlik
alt

Bir maşın əvvəlcə vurdu, o biri üstündən keçdi, ancaq oğlan sağ qaldı - VİDEO

Rusiyanın Blaqoveşensk şəhərində şagirdi ardıcıl iki dəfə maşın vurub.

Visiontv.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrin Rusiya seqmentində yayılan görüntüdə uşağın sağına-soluna baxmadan tələsik şəkildə yolu keçməyə çalışdığını görmək olur.

Məktəblini əvvəl tünd rəngli avtomobil vurur. Daha sonra zərbədən yolun ortasına yıxıldığından sol zolaqla hərəkət edən başqa bir maşın  isə onun üstündən keçir.

 Qeyd edilir ki, uşaq möcüzəvi şəkildə sağ qalıb.

 

 

Şərh yazın