Bir-birinə qarşı ərazi iddiasında olan postsovet ölkələrinin sərhədləri yenidən cızıla bilər-Azər Qasımov
23.07.2021

Azərbaycanın tarixi torpağı olan Qərbi Zəngəzura iddia etməsi postsovet məkanında yeni bir presidentin əsasını qoya bilər. Bu da, bu kimi qarşılıqlı ərazi iddiaları olan postsovet ölkələrinin öz ərazi bölgülərinə yenidən baxılmasına gətirib çıxara bilər.

BMT postsovet ölkələrini Sovet İttifaqı dağılandan sonra mövcud olan ərazi bölgüsü ilə tanıdı və bunun dəyişdirilməsinin qəbul edilməz olduğunu qeyd etdi.

Burda maraqlı nüans yaranır. Sovet İttifaqının ümumi əraziləri məlum idi və əsasən böyük ölçüdə Rusiyanın sərhədləri bunu təmin edirdi.

Burda da sovetdən kənar ölkələrlə bir sıra mübahisəli ərazilər var idi ki, bu, indi də mövcuddur. Sovet İttifaqı daxilindəki ərazi bölgüsü isə ölkədaxili rəhbərliyin istədiyi şəkildə formalaşmışdı və elə də əhəmiyyət kəsb etmirdi, eyni zamanda, bu bölgü BMT tərəfindən qeydə alınmamışdı.

Azərbaycan ərazilərinin SSRİ zamanında 1922ci ildən Sovet İttifaqı yaranan zamandan, hansı ki, həmin dövrdə bu qurumun adı ZSFSR idi və 1936cı ildən SSRİ adlandırıldı, mərhələlərlə Ermənistana verilməsi bilinən həqiqətdir və sənədlərlə qeydiyyatı labüddür.

Burdan belə məntiq yaranır ki, əgər bu ərazilər məlum vaxtlarda heç bir razılıq olmadan kimlərinsə istəyinə uyğun Ermənistana verilibsə, Azərbaycan öz tarixi ərazilərini geri istəyə bilər və lazım gəlsə bunu sübut da edə bilər.

Rusiya Prezidenti Vladimir Putinin bu barədə dediyi: "Hər bir ölkə Sovet İttifaqına girdiyi ərazi ilə də ordan çıxmalıdır" fikrini biz daha da önə çəkib, Ermənistana ərazi iddiası etməliyik.

Hesab edirəm ki, bu, Rusiyanın da maraq dairəsindədir və onun da maraqlı olduğu ərazilərə iddia etməsinə hüququ şərait yaradar, yəni özünə həmfikir tapar.

Visiontv.az