23.010.2020
Axtar
Gündəlik
alt

Beynəlxalq təşkilatların susqunluğu, növbəti cinayətlər üçün zəmin yaratmış oldu.

Erməni silahlı qüvvələri növbəti dəfə xaincəsinə gecə saatlarında Gəncə şəhərinə raket zərbələri endirmişlər. 12 nəfər həlak olmuş, 40-dan yuxarı yaralanan var.

Döyüş meydanında məğlub olan düşmən, cəbhə xəttindən uzaqda yerləşən şəhərləri atəşə tutmaqla, faşist xislətindən əl çəkmədiyini bir daha göstərdi. Beynəlxalq təşkilatların susqunluğu, işğalçı ölkənin cinayətlərini görməzliyə vurması, növbəti cinayətlər üçün zəmin yaratmış oldu. Əgər birinci dəfə Gəncə və başqa şəhərlərdə mülki insanların yuxuda olduğu vaxt, bombalanmasına kəskin reaksiya verilsəydi, düşmən ikinci cinayəti törədə bilməzdi. Ermənilər cəzasızlıq şəraitində döyüşün coğrafiyasını genişləndirməklə üçüncü qüvvələri müharibəyə cəlb etmək məqsədi daşıyırlar. Hiss olunur ki, sağalmaz erməni xəstəliyi, imkan vermir ki, məğlubiyyətlərini etiraf edərək, sülh danışıqlarına başlasınlar.

Ancaq bütün bu çətinliklərə baxmayar, düşmən bilməlidir ki, belə xain, cılız hərəkətlərlə nə gəncəliləri, nə də ki, Azərbaycan xalqını qorxuda, öz ədalətli mübarizəsindən çəkindirə bilməzlər. Müzəffər Azərbaycan Ordusu isə, öz sözünü döyüş meydanında deyəcək.

Allah həlak olanlara rəhmət eləsin, yaralılara şəfa versin.

Qələbə bizimlədir.

visiontv.az

Şərh