Neftə olan qlobal tələbat COVID-19 pandemiyasından bəri ən kəskin azalma ilə üzləşəcək. Bu, İran müharibəsinin yaratdığı "tarixdə ən ciddi təchizat şoku" fonunda baş verir. Beynəlxalq Enerji Agentliyi (BEA) bunu aprelin 14-də yayımladığı aylıq hesabatında bildirib.
Bu gün ABŞ-nin İrana qarşı dəniz blokadasının ikinci günüdür. Blokada aprelin 11-12-də İslamabadda ABŞ-İran sülh danışıqlarının nəticəsiz başa çatmasından sonra tətbiq olunub. Aprelin 8-dən qüvvəyə minən atəşkəs isə hələ də davam edir.
"Hazırda atəşkəsin uzunmüddətli sülhə çevriləcəyi, gəmilərin Hörmüz boğazında təhlükəsiz hərəkətinin bərpa olunub-olunmayacağı aydın deyil. Neft idxal edən ölkələr getdikcə azalan təchizat fonunda alternativ mənbələr axtardığı bir vaxtda fiziki xam neftin qiymətləri rekord həddə çatıb", – BEA bildirib.
visiontv.az