"Bayraktar TB-2" hədəfi yüksək dəqiqliklə məhv edib
08.03.2021

Türkiyədə "Mavi Vatan 2021" hərbi təlimində "Bayraktar TB-2" silahlı insansız hava aparatından (SİHA) ən uzunmənzili atış həyata keçirilib. Visiontv.az bildirir ki, bu dəfə "MAM-L" raketləri ilə silahlanan "Bayraktar TB-2" hədəfi yüksək dəqiqliklə məhv edib. Türkiyə Müdafiə Nazirliyi təlim çərçivəsində rekorda imza atıldığını açıqlayıb. Türkiyə Dəniz Qüvvələrinin arsenalına daxil edilən "MAM-L" raketləri lazer izləyici qurğulara sahibdir.