Bayden Yaxın Şərqdə Türkiyə və Cənubi Qafqazda Azərbaycan kimi aparıcı iki ölkə ilə münasibətlərə zərbə vurdu-Məhəmməd Əsədullazadə
Bayden Yaxın Şərqdə Türkiyə və Cənubi Qafqazda  Azərbaycan kimi aparıcı iki ölkə ilə münasibətlərə zərbə vurdu-Məhəmməd Əsədullazadə
25.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ prezidenti C. Baydenin qondarma "erməni soyqırımını" ifadəsini işlətməsi, Vaşinqtonun rəsmən tanıması deyil. 1982-ci ildə ABŞ prezidenti Reyqanda belə bir ifadə işlətmişdi. Amma, bunun Ankara üçün hüququ bir çəkisi olmadı. Bundan sonrada olmayacaq.  

C. Bayden adminstrasiyası Türkiyəni regionda yeni tərəfdaş kimi görmür, xüsusilə prezident R. T. Ərdoğan hakimiyyətinin müstəqil siyasəti belə bir ifadə işlətməsinə gətirib çıxardı. Bu, təkcə Baydenin ermeni lobbisinin təsiri ilə deyil, son aylarda Aralıq dənizində  Yunanıstan-Türkiyə arasında davam edən siyasi-hərbi böhran fonunda Vaşinqtonun Afinanı dəstəkləmindən irəli gəlir. C. Bayden seçki marafonunda Ərdoğanın hərbi çevrilişlə devirməyin mümkünlüyunü qeyd etmişdi. ABŞ son illərdə PKK terror təşkilatınin Suriya qolu YPG silahlandırır, Ankaraya sanksiyalar tətbiq edir, F-35 proqramından çıxardır. Bütün problemler Vaşinqtimdan qaynaqlanır. Regionda Türkiyəni əvəz edəcək Yunanıstana stavka edəcəklər. 

Göründüyü kimi ABŞ Türkiyə arasında ciddi problemler var. Bu problemlər iki müttəfiq arasında siyasi əməkdaşlığın qırılma nöqtəsinə gəlib çıxıb. 

Bundan sonra da C.Bayden administrasiyasından Türkiyə qarşı yalnız təzyiq siyasəti həyata keçiriləcək. Paralel olaraq Ağ Evin Azərbaycana siyasətində də dəyişiklik olacaq. C. Bayden adminstrasiyası Yaxın Şərqdə Türkiyə və Cənubi Qafqazda  Azərbaycan kimi aparıcı iki ölkə ilə münasibətlərə zərbə vurdu. Bir neçə gündən sonra  Pentaqondan heyət Ankaraya səfər edib, iki ölkə arasında mövcud problemleri yoluna qoymağa çalışacaq.

Qeyd edim ki, bundan sonra Türkiyə Rusiya yaxınlasmasıda olmayacaq. Onsuzda Ankara və Moskva əməkdaşlığın mümkün olunanı ediblər. Hər iki tərəfin toqquşduğu maraqlar var. Vaşinqtonun Ankaraya qarşı bu siyasəti Türkiyəni daha da gücləndirəcək.
Milli  Cəbhə Partiyası olaraq ABŞ prezidenti C. Baydenin qondarma erməni soyqırımı ifadəsini işlətməsini pisləyirik. Bu, Ermənistan Azərbaycan və Türkiyə Ermənistan arasında mümkün əlaqələrin qurulmasına zərbə vurmaqdır. Qarabağ müharibəsindən sonra, ABŞ regionda xalqlar arasında sülhü təşviqinə yox, düşmənçiliyə gətirib çıxaran siyasətə üstünlük verdi.