Prezident Bayden 8 aydan çoxdur səfir təyin edilməsi təxirə salınan Mark Libbinin Azərbaycanda səfir təyin edilməsində yenidən israr edir.
Bayden dünən konqresin 2023 cü il üçün ilk sessiyası günü yenidən Azərbaycanda səfir kimi Libbinin namizədliyini irəli sürüb.
Libbi konqresin 2022 ci il üçün son sessiyasında namizədliyi təsdiq edilməyən 175 səfir namizəddən biridir.
Bu 175 nəfərdən cəmi 85-inin namizədliyi Ağ Ev tərəfindən təkrar təqdim edilib.
Hal-hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakultə müşaviri olan Libbinin Azərbaycana səfir vəzifəsinə namizədliyi Bayden tətəfindən 25 may 2022-ci il tarixində irəli sürülüb.
Ancaq 8 aydır o, senatda erməni lobbisinin ruporu Bob Menendesin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilmir.
Libbi ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini vəzifəsində, habelə Varşava, Nikosie və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində işləyib.
Libbi Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində işləyib.
Erməni lobbisi Azərbaycana səfir təyinatında həmişə dirəniş göstərir.
Politoloq Yeganə Hacıyeva
Visiontv.az