Bakının mərkəzindəki hoteldə yanğın - insanlar təxliyə edildi
02.10.2019

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli hotel binasında yanğın baş verib

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli hotel binasında yanğın qeydə alınıb.

VisionTV.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın zirzəmisində transformatorun sarğıları yanıb. Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.