21.011.2019
Axtar
Gündəlik
alt

Bakıda sərnişin avtobuslarının hərəkət sxemində dəyişiklik edilib

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq

Nizami rayonu Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Abdulla Mirzəyev küçələrinin kəsişməsində dəmir yol keçidində müxtəlif səviyyəli yol ötürücüsünün (tunel) inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti 18 aprel 2019-cu il gecə saat 00:00-dan etibarən tam məhdudlaşdırılacaq.

 Visiontv.az xəbər verir ki, bu barədə  Bakı Nəqliayyat Agentliyindən (BNA) məlumat verilib. Məlumata görə, bu səbəbdən qeyd edilən ərazidən keçən 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 38 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi A.Mirzəyev küçəsinə keçirilib. 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar isə Mirzə Ələkbər Sabir küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən geri dönərək müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər.

Qeyd edək ki, dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

sputnik.az



 

Şərh