21.05.2019
Axtar
Gündəlik
alt

Bakıda professor qızı itkin düşüb, tapana mükafat veriləcək - VİDEO

Bakıda professorun qızı itkin düşüb, onu tapana mükafat vəd olunub.

Hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

38 yaşlı Hacıyeva Röya Vaqif qızı günorta saatlarında atası Vaqif Hacıyevlə birlikdəHəsən Əliyev küçəsində yerləşən ASAN xidmətin inzibati binasına daxil olublar. Daha sonra qız oradan çıxaraq naməlum istiqamətə gedib.İtkin düşən xanımın atası Vaqif Hacıyev ONA-ya bildiribki, R.Hacıyeva ruhi-əsəb xəstəsidir. Atası onu bu gün Türkiyəyə müalicəyə aparacaqdı. Bunun üçün də ASAN xidmətdə sənədlərini qaydasına salırmış.

R.Hacıyeva Rusiya Federasiyasının vətəndaşıdır. Onu görənlərdənvə ya tanıyanlardanxahiş olunur ki, 050 389 13 39 mobil nömrəsinə məlumat versinlər. R.Hacıyevanı tapana mükafat vəd edilib.

R.Hacıyevanın itkin düşməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cıPolis Bölməsinə məlumat verilib.

Qeyd edək ki, Vaqif Hacıyev Moskva Dövlət Universitetinin proffesorudur.

 

 

 

xeerxeber.az

Şərh yazın