Bakıda kef məclisinə çağırılan qadın ərəbləri soydu
13.06.2019

Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Səudiyyə Ərəbistanından Bakıya turist kimi gələn 25 yaşlı Naif Sultan və 26 yaşll Mohammed Badere kirayə qaldıqları evə Roza adlı xanımı dəvət ediblər. Roza adlı xanım kef məclisində ərəb turistlərlə əyləndikdən sonra N.Sultanın 3 min manat pulunu, M.Baderenin isə mobil telefonunu oğurlayıb. 
Xətai Rayon Polis İdarəsinin əməkdaşları həmin xanımın axtarışına başlayıb.//APA