Bakıda keçirilən hər beynəlxalq tədbirdən şəhərə nəsə yadigar qalır
21.05.2024

Bunun başlanğıcı "Euronews" musiqi festivalına ev sahibliyi ilə başladı. 2012-ci ilin mayına qədər Çar Rusiyası dövründən qalan və sonra sovet illərində yola verilən Azneftdən sonra gələn sahil zonası, Bayıl qəsəbəsi tam yeni görkəmə gəldi.

2012-ci ildə Balaxanıda "Təmiz şəhər" fəaliyyətə başladı və paytaxt açıq üsulla məişət tullantılarının yandırılmasından və zəhərli tüstülərdən qurtuldu.

2013-cü ildə şəhərimniz göbəyində yerləşən "Basin" deyilən "neqativ təzahürlü bir zona" da ləvğ edildi və yerində bağ massivi (altında isə avtomobil dayanacağı) yaradıldı.

2015-ci ildə ekoloji gəlakət zonalarından biri olan Böyük şor gölünün bir hissəsində Bakı Olimpiya Stadionu tikildi, gölün bir hissəsi təmizləndi, ətrafında bulvar salındı.

2019-cu ildə hələ 1928-ci ildə abadlaşdırılması nəzərdə tutulan və 5 dəfə təxirə salınan "sovetski"nin əsas hissəsi sökülərək yerində Avstriya landşaft dizayn studiyası tərəfindən layihələndirilmiş Mərkəzi Park salındı.

COP29-nun "xoş gəldini" ilə əlaqədar paytaxtda 2 yeni avtomobil yolu salınması gündəmə gəldi. Təkcə paytaxtın 7 yerində yol qovşaqları yenidən qurulacaq (özü də qısa müddətə).

Hazırda "Gənclik" m\s yanında (Dədə Qorqud parkı ilə birləşdiriləcək) sovet dönəmindən xarici radiostansiyaları boğmaq məqsədilə tikilmiş "qluşilka" ərazidsində böyük bir park salınır.

Bakı dəniz limanı nəhayət ki, ömrünü tam başa vurduqdan sonra Bakı buxtasından gələn yükləri qəbul edib, sonra dəmir yolu ilə daşımağa ehtiyac duyulmadığından sahildən gedən d\y xətləri söküldü və yerində artıq YAŞIL istirahət zonası yaradılmasına start verilib.

Nəhayət, şəhərin mərkəzaindəki Xaqani parkının ətrafı avtomobillər üçün bağlı ediləndən sonra bu parkın genişləndirilməsinə başlanılıb. Nizami küçəsinin bir hissəsi, Fəvvarələr meydanı və arada Xəqani bağı da olacaq PİYADALAR üçün məkan. Özü də yeni yaşıllıqlarla...

İlham Şaban

visiontv.az