Bakı Şəhər Halqası Əməliyyat Şirkəti təmizlik aksiyası keçirib
30.04.2022

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Beynəlxalq Yer Kürəsi Günü münasibətilə qurumun akademiyasının könüllüləri və məktəblilərin iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirib.

BŞH-dən Visiontv.az-a bildiriblər ki, Şıx çimərliyində keçirilmiş tədbirin əsas məqsədi ətraf mühitin qorunması, məişət tullantılarına qarşı mübarizə, cəmiyyətin bununla bağlı maarifləndirilməsidir. Tədbir zamanı iştirakçılar çimərlik ərazisi boyunca təmizləmə işləri apardıqdan sonra toplanan tullantıları çeşidləyərək təkrar emal üçün təhvil veriblər.

Səbail Rayon İcra Hakimiyyəti və 132-134 nömrəli təhsil kompleksinin dəstəyi ilə baş tutmuş tədbir korporativ sosial məsuliyyət siyasətinə bir töhfədir.

BŞH Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı olaraq, Formula 1 Qrupunun dayanıqlı inkişaf strategiyası çərçivəsində 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsünə qoşulur.

Orxan Kərimov