Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə axşam saatlarında Musalı kəndində qeydə alınıb. İlkin məlumata görə, Bakının Binəqədi rayon sakini, 1988-ci il təvəllüdlü Şirinov Nəbi Vaqif oğlu tanımadığı şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Report