Bakı Metropoliteni karantin günlərində 29 milyon sərnişin İTİRİB
08.05.2020

Bakı Metropoliteni karantin dövründə dəymiş ziyanı müəyyən etməyib.

Visiontv.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib. Onun sözlərinə görə, karantin dövründə daşınmayan sərnişinlərin sayı müəyyən edilib: "Biz dəymiş ziyanı pula çevirməmişik. Amma deyə bilərəm ki metro bağlanandan bu günə qədər orta hesabla 29 milyon sərişin itirmişik".

Z.Hüseynov qeyd edib ki, adi günlərdə metroda 800 min, şənbə günləri 600 min, bazar günləri 450 min sərnişin daşınır.

Onun sözlərinə görə, metropolitendə bir sərnişinin daşınması üçün rəqəmlər ildən ilə dəyişir. Hazırda 1 sərnişinin daşınması 52 qəpiyə başa gəlir.