Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanlarının nəticələri açıqlanıb
19.09.2023

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Visiontv.az-a Təhsil İnstitutundan xəbər verilib.

Qeyd edilib ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır.