Azərbaycan Texniki Universitetində (AzTU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib. Universitet rəhbərliyi AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib. Ümummilli liderin xatirəsi ehtiramla anılıb, büstünün önünə gül dəstələri düzülüb.