Azərbaycanlı vəkilin məhkəmə iclası keçirilib
16.09.2024

Güney azərbaycanlı vəkil və hüquq müdafiəçisi Məhəmmədrza Fəqihinin məhkəmə iclası keçirilib.

Bu barədə o özünün sosial media hesabında paylaşım edib.

Tehranın İnqilab Məhkəməsinin 28-ci bölməsində keçirilən məhkəmə iclasında Fəqihi barəsində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı edib.

Azərbaycanlı vəkilə qarşı "ictimai asayişi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı irəli sürülüb.

Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin "etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi. 

O, bir neçə gün saxlanıldıqdan və dindirildikdən sonra oktyabrın 25-də sərbəst buraxılmışdı.

Qeyd edək ki, Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.

visiontv.az