Azərbaycanla Rusiya yeni silahların alınması barədə növbəti müqaviləyə ehtiyac yoxdur
Azərbaycanla Rusiya yeni silahların alınması barədə növbəti müqaviləyə ehtiyac yoxdur
19.02.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq və yeni silahların alınması barədə növbəti müqaviləyə ehtiyac yoxdur. İkinci Qarabağ müharibəsində Rusiya istehsalı silahların effektiv olmadığını və əsas döyüşdə üstünlük məhz İsrail və Türkiyə istehsalllı silahların nəticəsində əldə edildi.

Qeyd edim ki, artıq Qarabağ münaqişəsi başa çatıb. Avropa dövlətlərinin Azərbaycana qarşı tətbiq etdiyi silah satışı embarqosununda aradan götürülməsi istiqamətdə işlər həyata keçirilməlidir. Böyük Britaniya ilə Rusiya əvəzinə böyük partiyada silah müqavilələri bağlanmalıdır. Türkiyə, Azərbaycan,  Böyük Britamiya və İsrail birgə platforması regionda yeni bir siyasi-hərbi nizam yaradır və bu istiqamətdə Azərbaycan öz hərbi imkanlarını daha da inkişaf etdirə bilər.

Böyük Britaniya Qarabağda mina təmizləmə əməliyyatında iştirak etmək palnına malikdir.  Həmçinin Azərbaycanlı hərbi kursantaların bu ölkədə tədirisində də maraqlıdır. Göründüyü kimi ikinci Qarabağ müharibəsi, Azərbaycanın mövqeyinin möhkəmlənməsinə və Kremllə məsafəli davaranmağa gətirib çıxarır. Azərbaycan məhz Türkiyə, Böyük Britaniya, İsrail bir platformada yer almaqla Rusiyanın təzyiqlərini neytrallaşdırmağa nail ola bilər.

İkinci Qarabağ müharibəsindən sonra, Azərbaycanın Moskvaya meyillənəcəyini bir çoxları qeyd edirdi. Kremlində  ciddi şəkildə Bakıya təsirləri olacağı gözlənildiyindən fərqli olaraq  rəsmi Bakı əks siyasət ortaya qoydu və müharibədə Azərbaycana dəstək verən ölkələrlə bir araya gəlmək siyasətinə üstünlük verdi. Bu,  prezident İlham Əliyevin xarici strategiyasında ən uğurlu  siyasi gedişidir.

politoloq Məhəmməd Əsədullazadə