"Düldül media" istehsalı olan "Adil və Hudhud" animasiya serialı işıq üzü görüb.
Cizgi filmindəki hadisələr baş qəhrəman Adilin ətrafında cərəyan edir. Yardımsevər və hər şeylə maraqlanan Adilin başına hər dəfə maraqlı hadisələr gəlir və hər əhvalatın sonunda isə o, özü üçün dərslər çıxarır, yeni bir şeylər öyrənir. Bu işdə isə ona zəngin həyat təcrübəsi və müdrikliyi olan Hudhud adlı danışa bilən quş kömək edir.
İlk bölümdə Adilin evə yuvasından düşmüş bala quşcuğazı gətirməsindən, lakinin anasının nəsihəti ilə Adilin qardaşı ilə bala quşcuğazın anasının axtarışından, ən əsası da bütün gedişatın nəticəsində Adilin Hudhudun timsalında dəyəri bir dost qazanmasından söhbət gedir.
Cizgi filmində Adillə yanaşı digər əsas obrazlar da var: Adilin atası, anası, bacısı Fatimə və qardaşı Əli, həmçinin hər zaman Adilin dadına öz dəyərli nəsihətləri ilə çatan Hudhud. Bundan başqa, müxtəlif seriyada mövzuya uyğun olaraq periodik qəhrəmanlar da olacaq.
Xüsusi olaraq qeyd edək ki, "Adil və Hudhud" Azərbaycanın ilk 3D animasiya serialıdır.
"Düldül media"nın hazırladığı "Adil və Hudhud" animasiya filminin məqsədi əziz Azərbaycan xalqı üçün öz dilimizdə yerli və keyfiyyətli məzmun təqdim etmək, izləyicilərə, xüsusilə də kiçik tamaşaçılara milli və mənəvi dəyərlərin aşılanması, ailə və ictimaiyyətdə rəftar və əxlaq normalarını nümayiş etdirmək, bir sözlə, onlar üçün gözəl bir nümunəyə çevrilməkdir.
Həmçinin nəzərinizə çatdıraq "Düldül media" "Alulbeyt Azərbaycan" MMC-nin təşəbbüsü ilə yaradılaraq Azərbaycan xalqının istifadəsinə verilib.
Animasiya filminin ideya müəllifi İlqar Əliyev, Baş prodüser Əli Yunis oğlu, ssenari müəllifi İlkin Mustafayev, rejissor Simran Ağayev, səs rejissoru Nadir Mahmudov, bəstəkar Azər Hacıəsgərli, 3D modelləməçi Kamran İgidəliyev, 3D animator Toğrul Məmmədov, 3D personaj riggeri və render Simran Ağayevdır, rəssam Şəfa Əliyeva
Səsləndirmədə iştirak edənlər: Fatimə Zeynalova (ana), Aybəniz Ağazadə (Hudhud), Rabiyə Yusifova (Fatimə), Məhəmmədhüseyn Əliyev (Adil), Həsən Haşımlı (Əli), Rüqəyyə Mehdiyeva (mətnin səsləndirilməsi)
Psixoloji sahədəki dəstəyinə görə psixoloq Əsmər Məhərrəmovaya öz təşəkkürümüzü bildiririk.
Layihənin reallaşmasına göstərdikləri dəstəklərinə öz minnətdarlığımızı ifadə edirik: Qələm Təlim və İnkişaf Mərkəzi, İffət Qadın Dərnəyi, AA media, Ziyarət Tour, NAŞİR.
Layihənin sosial şəbəkə səhifələri:
https://www.youtube.com/channel/UCwnEGf2ud5Hqm9l4e0Nm9wA
https://www.facebook.com/profile.php?id=61557981371800
https://www.tiktok.com/@duldulmedia
https://www.instagram.com/duldulmedia/