Azərbaycanı təhlükəsiz ölkəyə çevirən onun lideri və güc strukturlarıdır
Azərbaycanı təhlükəsiz ölkəyə çevirən onun lideri və güc strukturlarıdır
28.03.2024 Sahib Alıyev Tərəfindən

Qərargahı Vaşinqtonda yerləşən İqtisadiyyat və Sülh İnstitutunun ötən həftə yaydığı “Qlobal terrorizm indeksi” ilə tanış olanlar yəqin ki, var. Ölkəmiz “0” indeksi ilə orada sonuncu, 89-cu yerdədir.

Yəni Azərbaycan Danimarka və Finlandiya ilə birgə ən təhlükəsiz ölkə kimi qiymətləndirilib. Ancaq burada bir məqam var, o da bundan ibatərdir ki, “qlobal layları tərpədən” Azərbaycan Danimarka və Finlandiyadan fərqli olaraq heç də dedikləri ilə durub-oturmadığımız böyük güclərin maraqlarının kəsişdiyi mürəkkəb coğrafiyada yerləşir. Söhbət həm də o güclərdən gedir ki, dünyaya səs salan bir sıra terrorçu qruplaşmaların yaradılmasında onların kəşfiyyatlarının əli olduğu kimsəyə sirr deyil. Və o da sirr deyil ki, qonşuluğumuzdakı bəzi dövlətlərin bəlli strukturları da Azərbaycana qarşı istifadə üçün narkotik qaçaqmalçılarıyla yanaşı durmadan terrorçu da “yetişdirirlər”. Ötən günlərdə yenə onların bir neçəsi həbs edildi.

Bir sözlə, Azərbaycanı təhlükəsiz ölkəyə çevirən onun lideri və güc strukturlarıdır ki, martıqn 28-də yaranmasının 105-ci ildönümünü qeyd etdiyimiz Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri bu baxımdan ön sıradadır.

Rəhbərlik başda olmaqla hər iki Xidmətin bütün əməkdaşlarını təbrik edir, işlərində uğurlar arzulayıram! Bizim təhlükəsizliyimiz yolunda şəhid olanları isə minnətdarlıqla anıram!

Millət vəkili Sahib Alıyev

visiontv.az