Azərbaycanda fəailiyyət göstərən və əleyhimizə təbliğat aparan əcnəbi saytlar bağlanmalıdır
Videonu Aç
Azərbaycanda fəailiyyət göstərən və əleyhimizə təbliğat aparan əcnəbi saytlar bağlanmalıdır
31.03.2022 Şöhrət El-Dəniz Tərəfindən

AzTV-də Nailə xanımın təqdimatında efirə gedən "Çıxışa doğru" verilişində Azərbaycanın xəbər saytlarının Rusiyada bloklanması ilə bağlı müdia mütəxəssisləri ilə birgə müzakirə aparılıb.

Müzakirədə Visiontv.az saytının baş redaktoru Şöhrət El-Dəniz də iştirak edib. Şöhrət El-Dənizin bildirdiyinə görə Azərbaycanda fəailiyyət gödtərən və əleyhimizə təbliğat aparan Rusiya saytları bağlanmalıdır.

Baş redaktor həmçinin Rusiyada Azərbaycan saytlarının bloklanmasının səbəbini də izah edib: "Ruslar bizim 44 günlük müharibədən fərqli olaraq çirkli, cinayətkar savaş aparırlar. Onlar dinc şəhərləri bombalayır, mülki əhalini- uşaq, qoca, qadın demədən öldürürlər. Və etdikləri cinayətləri gizlətmək üçün obyektiv məlumat verən bütün xəbər saytının bloklayırlar. Verilişin tamamına rəy bölümündən baxa bilərsiniz.