Azərbaycanda daha 319 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
03.03.2021

Azərbaycanda koronavirus infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Visiontv.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib

İndiyədək ölkədə ümumilikdə 235 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib. Hazırda 2 960 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 928, bu günə qədər isə ümumilikdə 2 618 808 test icra olunub.