21.011.2019
Axtar
İdman-sağlamlıq
alt

"Azərbaycan yığması da futbol oynamağı bacarır"

"Azərbaycan yığması da futbol oynamağı bacarır"

"Nəticəyə baxanda çətin oyun olduğunu düşünmək olar. Ancaq biz daha güclü idik".

Visiontv.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Xorvatiya millisinin müdafiəçisi Due Çaleta-Çar AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda yığmamızla keçirilən oyundan sonra deyib.

Ölkəsinin mətbuatına açıqlama verən 23 yaşlı futbolçu 2:1 hesablı qələbəni şərh edərkən millimiz haqda müsbət fikirlər səsləndirib: "Top  qapıya daxil olmaq istəmirdi. Fasilə ərəfəsində bərabərlik qolunu vura bildik. Hesab arasındakı fərqi artıra da bilərdik. Ancaq Azərbaycan yığması da futbol oynamağı bacarır. Onlar iki əks-hücum etdilər, bunun birində qol vurdular".

Şərh