Azərbaycanda payızda COP 29 beynəlxalq konfrans keçiriləcək. Bu baxımdan Azərbaycan Ermənistanla hərbi eskalasiyada maraqlı deyil. Amma, Qərbdə Fransa və bir sıra mərkəzlər, həmçinin Rusiya sülhün əldə edilməsinə mane olmğa, Azərbaycan və Ermənistan arasında hərbi eskalasiyanın baş verməsinə çalışırlar. Fransa məhz COP 29 boykot etmək üçün hərbi təxribatlarda maraqlıdır.
Rusiyanın vasitəçilik təşəbbüsü ilə çıxış etməsi, iki ölkə arasında sülhə imkan verməmək, idarə olunan yeni böhran yaratmaqdır.
Əgər, Rusiya Ukraynada hərbi qələbə əldə edəcəksə, Azərbaycan daxil olmaqla Cənubi Qafqazi tam nəzarət altına almağa çalışacaq.
Türkiyəni də Qafqazdan çıxarmağa çalışacaq və Mərkəzi Asiya siyasətinin qarşısını alacaq. Cənubi Qafqaz Qərblə Rusiya arasında geopolitik maraqlarının toqquşduğu pladsarımdı. Məhz Azərbaycan və Ermənistan arasında sülhün gecikməsi bu geopolitik qarşıdurmadan irəli gəlir.
Məhəmməd Əsədullazadə
visiontv.az