Azərbaycan sərhədlərində törədilə biləcək hər hansı təxribatın qarşısını almağa hazırıq
19.09.2023

Azərbaycan sərhədlərinin hüdudlarında törədilə biləcək hər hansı bir təxribatın qarşısını almağa hazırıq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Respublikasının dövlət sərhədləri bütün istiqamətlərdə ordumuzun nəzarəti altındadır.