Azərbaycan Qarabagla Ermənistan arasında ilkin mühasirə mərhələsinə başlayıb - Məhəmməd Əsədullazadə
27.10.2020

Azərbaycanin əks-həmlə əməliyyatı Laçın dəhlizi uğrunda davam edir. Ermənistan əlavə qüvvələr gətirməsinə baxmayaraq məğlubiyyətə uğrayacaqlar.

Ermənistandan heç bir yüksək rütbəli məmur və siyasətçilər Qarabağa gələ bilmir. Laçın dəhlizinin götürulməsi Ermənistan siyasətində katakalizmə gətirəcək.

Azərbaycan Qarabagla Ermənistan arasında ilkin mühasirə  mərhələsinə başlayıb. Əməliyyatlar uğurla davam etməklə, korridor Azərbaycanın tam nəzarətinə keçəcək.

Bundan əlavə, Xocavənd istiqamətində döyüşlər erməniləri tükədir. Ermənistana göndərilən silahların Qarabağa göndərilməsi də çətinləşəcək.

Hərbi mərhələnin ən aktiv fazası yaşanır. Azərbaycan siyasi-hərbi məqsədlərinə 10 gün ərzində çatmış ola bilər.
Nəticədə N. Paşinyanın devrilməsi istiqamətində siyasi və hərbi elita birləşəcək. Rusiyada bu prosesdə Nikolun getməsi üçün Koçaryan klanını bu rolda aktiv tutacaq.

Azərbaycanın hərbi uğurları hər keçən gün Ermənistanda siyasi böhranı dərinləşdirrir. Ermənistan parlamenti yenidən terrorrun hədəfi ola bilər.

Visiontv.az