Azərbaycan Prezidentinin çıxışı Gürcüstanın və Azərbaycanın daxilində rusiyapərəst qüvvələrin təxribatına cavabdır-politoloq Gela Vasadze
22.09.2020

Azərbaycan Prezidentinin çıxışı Gürcüstanın və Azərbaycanın daxilində rusiyapərəst qüvvələrin təxribatına cavabdır.

Visiontv.az xəbər verir ki, bu sözləri Axar.az-a gürcü politoloq Gela Vasadze Prezident İlham Əliyevin Gürcüstanın öz ərazisindən Ermənistana silahların daşınmasına imkan verməməsi haqda çıxışını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, bundan yalnız bir nəticə çıxarmaq olar:

“Bu qüvvələr məğlub oldu. Сoğrafi baxımından qarşılıqlı asıllılığımıza baxmayaraq, 2017-ci ildən ölkələrimiz arasında bir çox problemlər yaranıb. Bu problemlər boş yerə yaranmayıb, həm Gürcüstanda, həm də Azərbaycanda rusiyayönümlü qüvvələrin fəal fəaliyyəti nəticəsində ortaya çıxıb. Bunların siyahısı olduqca təsirli olduğundan, onları sadalamayacam, onsuz da çox yaxşı tanınırlar. Azərbaycanla Gürcüstan münasibətlərinin pisləşməsi kimə sərf edir? Taktiki baxımdan deyil, amma strateji baxımdan kimə sərfəlidir? Gürcüstan Azərbaycandan başqa qazı kimdən alacaq? Gürcüstan olmasa, Azərbaycan enerji resurslarını kimin vasitəsi ilə satacaq? Birinci və ikinci sualların cavabı aydındır – Rusiyadan.

Beləliklə, Gürcüstan və Azərbaycandakı rusiyapərəst qüvvələrin qonşulara və strateji tərəfdaşlara qarşı deyil, öz ölkələrinə qarşı hərəkət etdikləri ortaya çıxdı. Prezident Əliyevin bu məsələyə aydınlıq gətirməsi çox vacibdir. Əliyevin bu sözləri problemləri dayandırmağımız və onları həll etməyə başlamağımız üçün çox yaxşı bir təməldir. Azərbaycanın yeni XİN başçısının Tiflisə qarşıdakı səfəri bunun üçün çox gözəl imkandır”.