Azərbaycan Prezidentindən İran Prezidentinə: Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması vacibdir..
29.01.2023

Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması vacibdir.

Visiontv.az Trendə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.