Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
19.03.2025

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub.



Gündəlik

slide 7 to 10 of 8